FAQ
← Bütün Vakansiyalar

Topdan satış meneceri

Supertoys
Yer: Bakı
Məşğulluq: Tam ştat
İş forması: Ofis
Əməkhaqqı: 2000 - 2500
Son tarix: 15.12.2026 (29 gün qalıb)

Öhdəliklər

  • ✓ Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək;
  • ✓ Mövcud və potensial müştərilərlə satışların artırılması istiqamətində sistemli fəaliyyət göstərmək;
  • ✓ Mövcud müştəri bazasını idarə etmək və mütəmadi təqibini həyata keçirmək;
  • ✓ Yeni müştərilərin cəlb edilməsi və əməkdaşlıqların qurulmasını təmin etmək;
  • ✓ Müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlər qurmaq;
  • ✓ Regionlara ezam olunaraq müştərilərlə işin effektivliyini artırmaq;
  • ✓ Müştəri borclarına və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • ✓ Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • ✓ Bazarın təhlilini aparmaq və rəqiblərin fəaliyyətini izləmək.

Tələblər

  • ✓ Satış sahəsində, xüsusilə topdan satış istiqamətində minimum 3 il iş təcrübəsi;
  • ✓ Aktiv sürücülük bacarığı və B kateqoriyalı sürücülük vəsiqəsi;
  • ✓ Bakı və regionlara ezamiyyətə hazır olmaq;
  • ✓ Yüksək ünsiyyət və inandırma bacarığı;
  • ✓ Müştərilərlə effektiv danışıqlar aparmaq bacarığı;
  • ✓ Məsuliyyətlilik, məqsədyönlülük və nəticəyönümlülük;
  • ✓ MS Office proqramları ilə işləmək bacarığı.
  • ✓ Üstünlük hesab olunur:
  • ✓ FMCG və ya oyuncaq sektorunda iş təcrübəsi;
  • ✓ Mövcud müştəri bazasının olması.

Təkliflərimiz

  • ✓ Stabil əmək haqqı və motivasiyaedici bonus sistemi;
  • ✓ Ezamiyyət zamanı yol və digər zəruri xərclərin şirkət tərəfindən qarşılanması;
  • ✓ Peşəkar və dostyana komanda mühiti.
  • ✓ İş yeri: Sədərək TM, Bakı
  • ✓ İş qrafiki: 6 günlük iş həftəsi
  • ✓ Ezamiyyət: Bakı və regionlara
  • ✓ Əmək haqqı: 2000–2500 AZN

Şirkət haqqında məlumat

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.