FAQ
← Bütün Vakansiyalar

Satışa Dəstək bölmə müdiri

OBA marketlər şəbəkəsi
Yer: Bakı
Məşğulluq: Tam ştat
İş forması: Ofis
Əməkhaqqı: Razılaşma yolu ilə
Son tarix: 10.12.2026 (24 gün qalıb)

Öhdəliklər

  • ✓ Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək;
  • ✓ Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;
  • ✓ Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək;
  • ✓ Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
  • ✓ Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək;
  • ✓ Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək;
  • ✓ Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
  • ✓ Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
  • ✓ Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
  • ✓ Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;
  • ✓ Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək;
  • ✓ Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək.

Tələblər

  • ✓ Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
  • ✓ Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi;
  • ✓ İdarəetmə sahəsində təcrübə
  • ✓ CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər;
  • ✓ Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı;
  • ✓ Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər;
  • ✓ Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə.
  • ✓ Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • ✓ Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı.

Təkliflərimiz

  • ✓ Nahar təminatı
  • ✓ Karyera yüksəlişi
  • ✓ Servis ximdəti

Şirkət haqqında məlumat

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

Ünvan : Baki şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) pr.15,AZURE BUSİNESS CENTER,AZ1025
Əlaqə nömrəsi : *2016
E-poçt : [email protected]
Vebsayt : oba.az