Satışa Dəstək bölmə müdiri
岗位职责
- ✓ Satış dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək standartlarını təmin etmək;
- ✓ Müştəri sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika strukturları ilə koordinasiyanı təmin etmək;
- ✓ Mürəkkəb müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə metodoloji dəstək göstərmək;
- ✓ Satış dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
- ✓ Komandanın fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini təşkil etmək;
- ✓ Müştəri məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və yenilənməsini təmin etmək;
- ✓ Satış göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
- ✓ Satış strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
- ✓ Satış strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
- ✓ Mağazaların maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq;
- ✓ Marketinq kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və rəyləri ilə dəstək göstərmək;
- ✓ Satış dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə uyğunluğunu təmin etmək.
任职要求
- ✓ Biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
- ✓ Pərakəndə satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi;
- ✓ İdarəetmə sahəsində təcrübə
- ✓ CRM alətləri və POS sistemləri üzrə qabaqcıl biliklər;
- ✓ Satış göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması bacarığı;
- ✓ Pərakəndə satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər;
- ✓ Əməkdaşların təlimi, inkişafı və mentorluğu üzrə təcrübə.
- ✓ Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
- ✓ Dəyişən prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı.
我们提供
- ✓ Nahar təminatı
- ✓ Karyera yüksəlişi
- ✓ Servis ximdəti
公司简介
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Ünvan : Baki şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) pr.15,AZURE BUSİNESS CENTER,AZ1025
Əlaqə nömrəsi : *2016
E-poçt : [email protected]
Vebsayt : oba.az