FAQ
← 所有职位

Pərakəndə satış direktoru

Supertoys
地点: 巴库
工作类型: 全职
工作方式: 办公室
薪资: 面议
截止日期: 16.12.2026 (剩余 30 天)

职位描述 / 目标

Mağazalar şəbəkəsinin idarə edilməsini təşkil edəcək, satış strategiyasının həyata keçirilməsinə və biznes nəticələrinin artırılmasına rəhbərlik edəcək peşəkar Pərakəndə Satış Direktoru axtarırıq.

岗位职责

  • ✓ Mağazalar şəbəkəsinə ümumi rəhbərliyi həyata keçirmək;
  • ✓ Mağazaların satış hədəflərinin müəyyənləşdirilməsində iştirak etmək və icrasını təmin etmək;
  • ✓ Mağazaların şirkət standartları, siyasət və prosedurlar çərçivəsində fəaliyyətinə nəzarət etmək;
  • ✓ Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
  • ✓ Məhsul sifarişlərini və mağazaların stok vəziyyətini nəzarətdə saxlamaq;
  • ✓ Yeni mağazaların açılması və mövcud mağazaların yenidən qurulması prosesində iştirak etmək;
  • ✓ Müvafiq hesabat və təhlillər hazırlamaq;
  • ✓ Satışın artırılması məqsədilə kommersiya aktivlikləri və kampaniyalar həyata keçirmək;
  • ✓ Tabeçiliyində olan heyətin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və motivasiya etmək.

任职要求

  • ✓ Ali təhsil;
  • ✓ 35–45 yaş aralığı;
  • ✓ Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi;
  • ✓ Məsuliyyətlilik, punktuallıq və məqsədyönlülük;
  • ✓ Komanda idarəetmə və ünsiyyət bacarığı;
  • ✓ Yüksək analitik düşünmə və qərarvermə bacarığı.

我们提供

  • ✓ Peşəkar inkişaf imkanları;
  • ✓ Dinamik və inkişafyönümlü iş mühiti.
  • ✓ İş yeri: Sədərək TM
  • ✓ İş qrafiki: 6 günlük iş həftəsi
  • ✓ Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, razılaşma yolu ilə.

公司简介

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.