FAQ
← Bütün Vakansiyalar

Satış şöbə müdiri

Talent Core
Yer: Bakı
Məşğulluq: Tam ştat
İş forması: Ofis
Əməkhaqqı: Razılaşma yolu ilə
Son tarix: 15.12.2026 (29 gün qalıb)

Öhdəliklər

  • ✓ Şirkətin ümumi biznes strategiyasına uyğun satış strategiyasının və fəaliyyət planlarının hazırlanması və icrasını təmin etmək;
  • ✓ Satış hədəflərini müəyyənləşdirmək, onların şöbə və əməkdaşlar üzrə bölgüsünü həyata keçirmək və icrasına nəzarət etmək;
  • ✓ Tikinti və daşınmaz əmlak layihələri üzrə satış proseslərini idarə etmək və satış nəticələrinin artırılması istiqamətində tədbirlər görmək;
  • ✓ Potensial müştəri seqmentlərini müəyyənləşdirmək, bazar və rəqib təhlillərini aparmaq, yeni satış imkanlarını qiymətləndirmək;
  • ✓ Müştəri müraciətlərinin idarə olunması, satış danışıqları və müqavilələrin bağlanması prosesinə rəhbərlik etmək;
  • ✓ Satış komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların performansını qiymətləndirmək və inkişafını dəstəkləmək;
  • ✓ Satış göstəricilərini mütəmadi təhlil etmək, proqnozlar hazırlamaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • ✓ Marketinq, maliyyə, hüquq və layihələrin idarə edilməsi bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;
  • ✓ Satış proseslərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək.

Tələblər

  • ✓ Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya müvafiq sahə üzrə ali təhsil;
  • ✓ Daşınmaz əmlakın satış sahəsində minimum 8 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • ✓ Satış strategiyalarının hazırlanması və icrası, satış hədəflərinin idarə edilməsi üzrə bilik və təcrübə;
  • ✓ Komandanı idarəetmə, liderlik və qərarvermə bacarıqları;
  • ✓ Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • ✓ Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində biliklərə üstünlük verilir.

Təkliflərimiz

  • ✓ Rəqabətqabiliyyətli əmək haqqı;
  • ✓ Könüllü tibbi sığorta;
  • ✓ İllik performans bonusu;

Şirkət haqqında məlumat

Talent Core peşəkar istedad həllərini rəhbər vəzifələr üçün ixtisaslaşmış karyera platforması ilə birləşdirən işə qəbul şirkətidir. Şirkətlərə rəhbər və yüksək ixtisaslı mütəxəssislərin axtarışı, peşəkar kadrların cəlbi və istedadların qiymətləndirilməsi üzrə fərdi həllər təqdim edirik.

Azərbaycan əmək bazarında rəhbər vəzifələr üzrə ixtisaslaşmış ilk karyera platforması olaraq, işəgötürənləri doğru namizədlərlə, peşəkarları isə potensiallarına uyğun karyera imkanları ilə bir araya gətiririk.

Fəaliyyətimizi etibarlılıq, keyfiyyət və çeviklik dəyərləri üzərində qururuq. Müxtəlif sektorların xüsusiyyətlərini və bizneslərin strateji ehtiyaclarını nəzərə alaraq, hər seçimdə uzunmüddətli dəyər yaratmağı hədəfləyirik. Çünki doğru istedad seçimi yalnız bugünkü ehtiyacı qarşılamır - biznesin gələcəyinə istiqamət verir.