Satış Kanalları üzrə Bölmə Rəhbəri
Job description / purpose
Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
Responsibilities
- ✓ Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
- ✓ Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
- ✓ Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
- ✓ Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;
- ✓ Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;
- ✓ Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
- ✓ Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;
- ✓ Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
- ✓ Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;
- ✓ E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
- ✓ Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;
- ✓ Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.
Requirements
- ✓ Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
- ✓ Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
- ✓ Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;
- ✓ Marketplace platformalarının iş prinsiplərini bilmək;
- ✓ Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
- ✓ KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı;
- ✓ Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları;
- ✓ Analitik düşüncə və nəticəyönümlülük;
- ✓ Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- ✓ MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
- ✓ 1C və PowerBI işləmək bacarığı
- ✓ Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
About the company
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
