E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis
Job description / purpose
Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.
Responsibilities
- ✓ Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
- ✓ Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
- ✓ Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
- ✓ SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
- ✓ Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
- ✓ Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
- ✓ Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
- ✓ Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
- ✓ Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
- ✓ Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
- ✓ Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
- ✓ Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
- ✓ Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
- ✓ Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- ✓ Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək
Requirements
- ✓ E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
- ✓ Marketplace platformalarının iş prinsiplərini bilməsi;
- ✓ Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
- ✓ Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
- ✓ Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
- ✓ Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
- ✓ Rus və ya ingilis dilini bilmək üstünlükdür.
- ✓ Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.
About the company
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
