Premium mağaza meneceri
Vəzifənin təsviri / məqsədi
Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq
Öhdəliklər
- ✓ Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
- ✓ SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək;
- ✓ Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək;
- ✓ Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
- ✓ Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək;
- ✓ Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək;
- ✓ Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq;
- ✓ Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- ✓ Ali təhsil;
- ✓ Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi;
- ✓ Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə;
- ✓ Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində);
- ✓ Güclü liderlik və idarəetmə bacarıqları;
- ✓ Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük;
- ✓ Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı;
- ✓ Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- ✓ MS Office və satış proqramları ilə işləmək bacarığı.
Təkliflərimiz
- ✓ Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- ✓ Peşəkar inkişaf və karyera imkanları;
- ✓ Dinamik və inkişafyönümlü iş mühiti.
- ✓ Əmək haqqı: 1300–1700 AZN
Şirkət haqqında məlumat
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.