Marketinq departament direktoru
Vəzifənin təsviri / məqsədi
Vəzifənin əsas məqsədi marketinq fəaliyyətini şirkətin kommersiya hədəfləri ilə uzlaşdırmaq, müştəri davranışlarını və bazar tendensiyalarını təhlil edərək effektiv marketinq həlləri hazırlamaq və departamentin fəaliyyətini nəticəyönümlü şəkildə idarə etməkdir.
Öhdəliklər
- ✓ Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq qısamüddətli və uzunmüddətli marketinq strategiyasını hazırlamaq və icrasına rəhbərlik etmək;
- ✓ Brendin bazar mövqeyinin gücləndirilməsi, tanınması və müştəri loyallığının artırılması istiqamətində fəaliyyətləri idarə etmək;
- ✓ Satış hədəflərini dəstəkləyən marketinq kampaniyalarını, reklam və təşviqat fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;
- ✓ Mağazalar şəbəkəsi üzrə marketinq və kommunikasiya fəaliyyətlərinin vahid standartlara uyğun təşkilini təmin etmək;
- ✓ Bazarın, rəqiblərin, istehlakçı davranışlarının və satış tendensiyalarının mütəmadi təhlilini aparmaq, nəticələr əsasında strateji təkliflər hazırlamaq;
- ✓ Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunmasını təmin etmək;
- ✓ Müştəri təcrübəsinin yaxşılaşdırılması, müştəri loyallığı və CRM proqramlarının inkişafı üzrə təşəbbüslər irəli sürmək;
- ✓ Yeni mağazaların açılışı, mövsümi kampaniyalar və xüsusi satış layihələri üzrə marketinq fəaliyyətlərini koordinasiya etmək;
Tələblər
- ✓ Marketinq sahəsində ən azı 7 il iş təcrübəsi;
- ✓ Marketinq departamentinin və ya funksional komandanın idarə edilməsində ən azı 3 il rəhbərlik təcrübəsi;
- ✓ Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi mütləqdir;
- ✓ Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
- ✓ Brend menecmenti, rəqəmsal marketinq, reklam və kommunikasiya strategiyaları üzrə güclü biliklər;
- ✓ Satış yönümlü marketinq kampaniyalarının idarə edilməsi və nəticələrinin təhlili təcrübəsi;
- ✓ Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
- ✓ Müştəri davranışlarının, bazar göstəricilərinin və rəqib fəaliyyətlərinin təhlili bacarığı;
- ✓ Marketinq və biznes göstəricilərinin təhlili, hesabatların hazırlanması üzrə biliklər;
- ✓ Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- ✓ Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarığı;
- ✓ Azərbaycan dilini və İngilis dili sərbəst bilmək, Rus dili biliyi üstünlükdür.
Təkliflərimiz
- ✓ Rəqabətqabiliyyətli əmək haqqı;
- ✓ Könüllü tibbi sığorta;
- ✓ Xidməti avtomobil;
- ✓ İllik performans bonusu
Şirkət haqqında məlumat
Talent Core peşəkar istedad həllərini rəhbər vəzifələr üçün ixtisaslaşmış karyera platforması ilə birləşdirən işə qəbul şirkətidir. Şirkətlərə rəhbər və yüksək ixtisaslı mütəxəssislərin axtarışı, peşəkar kadrların cəlbi və istedadların qiymətləndirilməsi üzrə fərdi həllər təqdim edirik.
Azərbaycan əmək bazarında rəhbər vəzifələr üzrə ixtisaslaşmış ilk karyera platforması olaraq, işəgötürənləri doğru namizədlərlə, peşəkarları isə potensiallarına uyğun karyera imkanları ilə bir araya gətiririk.
Fəaliyyətimizi etibarlılıq, keyfiyyət və çeviklik dəyərləri üzərində qururuq. Müxtəlif sektorların xüsusiyyətlərini və bizneslərin strateji ehtiyaclarını nəzərə alaraq, hər seçimdə uzunmüddətli dəyər yaratmağı hədəfləyirik. Çünki doğru istedad seçimi yalnız bugünkü ehtiyacı qarşılamır - biznesin gələcəyinə istiqamət verir.