Baş kopirayter
岗位职责
- ✓ Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;
- ✓ Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
- ✓ 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;
- ✓ Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
- ✓ Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;
- ✓ Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
- ✓ Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;
- ✓ Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
- ✓ Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;
- ✓ Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.
任职要求
- ✓ Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
- ✓ Reklam agentliyi təcrübəsi mütləqdir;
- ✓ Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
- ✓ Qrammatik biliklər;
- ✓ Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;
- ✓ Operativ və düzgün qərar vermə;
- ✓ Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı
- ✓ Dil biliyi : Azərbaycan - Mükəmməl , İngilis - Yüksək , Rus - Orta
我们提供
- ✓ Özəl tibbi sığorta təminatı
- ✓ Yığım həyat sığortası proqramına qoşulma imkanı
- ✓ Push30 platformasında korporativ güzəştlər
- ✓ Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
- ✓ Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları
公司简介
Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.
1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 30-dan çox mağazadan, 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.
Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!
Ünvan : Ajami Nakhchivani, Baku
Əlaqə nömrəsi : *143
E-poçt : [email protected]
Vebsayt :www.bakuelectronics.az