FAQ
← All Vacancies

Topdan satış üzrə müştəri inkişafı və CRM meneceri

Supertoys
Location: Baku
Employment: Full-time
Work mode: Office
Salary: Negotiable
Deadline: 16.12.2026 (30 days left)

Job description / purpose

Mövcud topdan müştərilərin qorunması və inkişaf etdirilməsi, müştəri bazasının potensialından maksimum istifadə etməklə topdan satışın artırılmasına töhfə vermək.

Responsibilities

  • ✓ Mövcud topdan müştəri bazasını təhlil etmək və satış potensialını müəyyənləşdirmək;
  • ✓ Müştəri itkisinin və satışlarda azalmanın səbəblərini araşdırmaq;
  • ✓ Mövcud müştərilərə əlavə məhsul və kateqoriyalar üzrə satış imkanlarını müəyyənləşdirmək;
  • ✓ Yeni potensial müştərilərin cəlb edilməsini və onlarla davamlı əlaqənin qurulmasını təmin etmək;
  • ✓ Potensial müştərinin ilkin əlaqədən ilk sifarişədək olan prosesini izləmək;
  • ✓ Regionlar üzrə müştəri potensialını və bazarın əhatə olunmasını təhlil etmək;
  • ✓ Satış komandasının müştərilərlə təkrar əlaqə (follow-up) prosesinə nəzarət etmək;
  • ✓ Müştəri məlumatlarının CRM sistemində düzgün və vaxtında yenilənməsini təmin etmək;
  • ✓ Müştəri və satış göstəriciləri üzrə hesabatlar hazırlamaq.

Requirements

  • ✓ Satış, müştəri inkişafı, satış analitikası və ya CRM sahəsində iş təcrübəsi;
  • ✓ Güclü analitik və sistemli düşünmə bacarığı;
  • ✓ MS Excel proqramında yaxşı işləmək bacarığı;
  • ✓ CRM sistemləri ilə işləmək təcrübəsi;
  • ✓ Satış proseslərini və müştəri davranışlarını anlamaq bacarığı;
  • ✓ Güclü kommunikasiya və nəzarət bacarığı;
  • ✓ Məsuliyyətlilik və nəticəyönümlülük.

What we offer

  • ✓ Peşəkar inkişaf imkanları;
  • ✓ Dinamik və inkişafyönümlü iş mühiti;
  • ✓ Peşəkar komanda ilə əməkdaşlıq.

About the company

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.