Təşkilati İnkişaf üzrə şöbə müdiri
Öhdəliklər
- ✓ Təşkilati inkişaf layihələrini hazırlamaq və həyata keçirmək;
- ✓ Təşkilati strukturu və ştatı təhlil etmək, optimallaşdırmaq və dəyişiklikləri koordinasiya etmək;
- ✓ Yeni struktur və funksional dəyişikliklər üzrə təkliflər hazırlamaq;
- ✓ Vəzifə təsvirlərini hazırlamaq, yeniləmək və standartlaşdırmaq;
- ✓ Biznes proseslərini təhlil etmək və təkmilləşdirmək;
- ✓ Change Management və Workforce Planning proseslərini koordinasiya etmək;
- ✓ Təşkilati inkişaf üzrə siyasət, prosedur və metodologiyalar hazırlamaq və yeniləmək;
- ✓ HR və təşkilati inkişaf layihələrini planlaşdırmaq, icra etmək və monitorinqini aparmaq;
- ✓ HR sistemlərinin rəqəmsallaşdırılması və tətbiqi layihələrində iştirak etmək;
- ✓ Benchmark araşdırmaları aparmaq və qabaqcıl təcrübələri təhlil etmək;
- ✓ Layihələrin nəticələrini ölçmək və effektivliyini qiymətləndirmək;
- ✓ Aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
- ✓ Rəhbərlik üçün təqdimatlar, analitik arayışlar və hesabatlar hazırlamaq;
- ✓ Audit və yoxlamalar üçün tələb olunan məlumatları hazırlamaq;
- ✓ Təşkilati inkişaf üzrə əməkdaşlara metodoloji dəstək göstərmək.
Tələblər
- ✓ Ali: İnsan Resursları, Biznesin İdarəedilməsi, Menecment, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər uyğun ixtisas üzrə
- ✓ İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; (Retail üzrə təcrübə üstünlükdür)
- ✓ Təşkilati İnkişaf və ya əlaqəli sahədə minimum 4 il rəhbər vəzifədə iş təcrübəsi.
- ✓ Təşkilati strukturun təhlili və optimallaşdırılması üzrə biliklər;
- ✓ Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi üzrə praktiki biliklər;
- ✓ Vəzifə təsvirlərinin hazırlanması və strukturlaşdırılması üzrə təcrübə;
- ✓ Change Management və Workforce Planning üzrə nəzəri biliklər;
- ✓ Layihələrin idarə olunması və koordinasiyası bacarığı;
- ✓ MS Office proqramları xüsusi ilə Excel yüksək səviyyədə
- ✓ Power BI, Visio və ya digər analitik/proses idarəetmə alətləri üzrə praktika
- ✓ Güclü kommunikasiya və koordinasiya bacarığı;
- ✓ Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- ✓ Detallara diqqət və yüksək analitik düşüncə;
- ✓ Bir neçə layihəni paralel idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Şirkət haqqında məlumat
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Ünvan : Baki şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) pr.15,AZURE BUSİNESS CENTER,AZ1025
Əlaqə nömrəsi : *2016
E-poçt : [email protected]
Vebsayt : oba.az