FAQ
← Все вакансии

Təmizlik Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

OBA marketlər şəbəkəsi
Место: Баку
Занятость: Полная занятость
Формат работы: Офис
Зарплата: По договорённости
Крайний срок: 16.12.2026 (Осталось дней: 30)

Обязанности

  • ✓ İstehsalat təcrübəsi ilə nəzarət: Təmizlik kateqoriyasındakı (maye qab yuyan, yuyucu tozlar, kağız vasitələri, uşaq bezləri və ümumi təmizlik vasitələri xlor və.s) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • ✓ Reseptura və Kimyəvi daxilolma: Məhsulların kimyəvi komponentlərini, aktiv maddə faizlərini və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (pH, qatılıq, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.
  • ✓ Xammal auditi: Xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
  • ✓ Strateji satınalma: Təmizlik kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • ✓ Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • ✓ Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

Требования

  • ✓ Təhsil: Ali təhsil (Kimya mühəndisliyi, Kimya texnologiyası və ya müvafiq texniki sahə mütləqdir).
  • ✓ Təcrübə: mütəxəssisi kimi işləmiş (keçmiş təcrübəsi olan); Pərakəndə satış (Retail) və ya FMCG sektorunda Satınalma / Kateqoriya idarəedilməsi sahəsində( Təmizlik/Məişət kimyası sahəsində birbaşa istehsalatda/zavodda texnoloq istiqamətində ) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • ✓ Sektor və Bazar Biliyi: Həm pərakəndə sektorunu (müştəri tələbi, rəf idarəçiliyi), həm də kimya sənayesinin istehsalat qaydalarını eyni dərəcədə yaxşı bilmək.
  • ✓ Keyfiyyət və kimyəvi təhlükəsizlik: ISO 9001, ISO 22716, MSDS/SDS idarə olunması, kimyəvi təhlükə analizi prinsipləri, sanitariya-gigiyena, məhsulun fiziki-kimyəvi keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • ✓ Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • ✓ Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Мы предлагаем

  • ✓ Nahar təminatı
  • ✓ Nəqliyyat xidməti.
  • ✓ Karyera yüksəlişi

О компании

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

Ünvan : Baki şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) pr.15,AZURE BUSİNESS CENTER,AZ1025
Əlaqə nömrəsi : *2016
E-poçt : [email protected]
Vebsayt : oba.az