SMM Bölmə Rəhbəri (TikTok)
职位描述 / 目标
TikTok platformasında kreativ kontent strategiyasının hazırlanmasına, video istehsalı prosesinin idarə olunmasına və TikTok komandasının fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
岗位职责
- ✓ TikTok səhifəsi üçün kontent strategiyasının hazırlanması və həyata keçirilməsi;
- ✓ TikTok səhifələrinin inkişafı üçün təkliflərin hazırlanması;
- ✓ TikTok bölməsinin gündəlik fəaliyyətinin idarə olunması;
- ✓ Ssenarist, TikTok komandası və analitikin işinin koordinasiyası;
- ✓ Kreativ video ideyalarının və ssenarilərin hazırlanmasına rəhbərlik etmək;
- ✓ Çəkiliş proseslərinin planlaşdırılması və təşkilinə nəzarət etmək;
- ✓ TikTok trendlərini və platformadakı yenilikləri izləyərək tətbiq etmək;
- ✓ Kontentlərin keyfiyyətinə, müntəzəm paylaşımına və səhifənin inkişafına nəzarət etmək;
- ✓ TikTok LIVE yayımlarının təşkili və idarə olunması;
- ✓ Video baxışları, izləyici artımı və digər analitik göstəricilərin təhlili;
- ✓ Komanda üzvlərinin fəaliyyətini qiymətləndirmək və effektiv iş bölgüsünü təmin etmək;
- ✓ Aylıq kontent planlarının və fəaliyyət hesabatlarının hazırlanması.
任职要求
- ✓ SMM sahəsində minimum 3 il iş təcrübəsi;
- ✓ TikTok platformasının iş prinsipləri və alqoritmləri haqqında bilik;
- ✓ TikTok hesablarının idarə olunması üzrə praktiki təcrübə;
- ✓ Komanda idarəetməsi və liderlik bacarıqları;
- ✓ Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
- ✓ Video kontent və ssenari hazırlanması üzrə biliklər;
- ✓ Analitik düşüncə və nəticəyönümlülük;
- ✓ Təşkilatçılıq və operativ qərarvermə bacarığı.
公司简介
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
