Sətəm Meneceri
Vəzifənin təsviri / məqsədi
Şirkət üzrə əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarının təmin edilməsi məqsədilə komandamıza məsuliyyətli və təcrübəli SƏTƏM Meneceri axtarırıq.
Öhdəliklər
- ✓ Şirkətdə əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit tələblərinin icrasına nəzarət etmək;
- ✓ Filiallarda, ofisdə və anbarlarda riskləri qiymətləndirmək, təhlükə mənbələrini müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək;
- ✓ Təhlükəsizlik qaydaları, prosedurlar və təlimatları hazırlamaq və yeniləmək;
- ✓ Əməkdaşlar üçün SƏTƏM üzrə təlimlər təşkil etmək və keçirmək;
- ✓ Qəza, xəsarət, təhlükəli şərait və qeyri-uyğunluqlarla bağlı araşdırmalar aparmaq və rəhbərliyə hesabat təqdim etmək;
- ✓ Fövqəladə hallar üzrə hazırlıq planlarının hazırlanmasına və tətbiqinə nəzarət etmək;
- ✓ Anbarlarda texniki avadanlıqların, yükləmə-boşaltma proseslərinin və təhlükəsizlik vasitələrinin vəziyyətini yoxlamaq;
- ✓ Daxili auditlər təşkil etmək və təhlükəsizlik standartlarına uyğunluğu yoxlamaq.
Tələblər
- ✓ Əməyin mühafizəsi, mühəndislik, ekologiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
- ✓ SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- ✓ Anbar və pərakəndə satış sahəsində təcrübə üstünlükdür;
- ✓ Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ hüquqi aktlar haqqında praktiki biliklər;
- ✓ Güclü müşahidə, analiz və hesabat hazırlamaq bacarığı;
- ✓ Təlim keçmək və əməkdaşlarla effektiv kommunikasiya qurmaq bacarığı;
- ✓ Operativlik, məsuliyyətlilik və detallara diqqət.
Təkliflərimiz
- ✓ Peşəkar inkişaf imkanları;
- ✓ Dinamik iş mühiti;
- ✓ Peşəkar komanda ilə əməkdaşlıq.
- ✓ İş yeri: Sədərək TM
Şirkət haqqında məlumat
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.