FAQ
← Bütün Vakansiyalar

Satış Kanalları üzrə Bölmə Rəhbəri

Supertoys
Yer: Bakı
Məşğulluq: Tam ştat
İş forması: Ofis
Əməkhaqqı: Razılaşma yolu ilə
Son tarix: 24.12.2026 (27 gün qalıb)

Vəzifənin təsviri / məqsədi

Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.

Öhdəliklər

  • ✓ Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
  • ✓ Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
  • ✓ Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
  • ✓ Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;
  • ✓ Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;
  • ✓ Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
  • ✓ Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;
  • ✓ Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
  • ✓ Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;
  • ✓ E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
  • ✓ Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;
  • ✓ Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.

Tələblər

  • ✓ Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
  • ✓ Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
  • ✓ Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;
  • ✓ Marketplace platformalarının iş prinsiplərini bilmək;
  • ✓ Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
  • ✓ KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı;
  • ✓ Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları;
  • ✓ Analitik düşüncə və nəticəyönümlülük;
  • ✓ Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
  • ✓ MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
  • ✓ 1C və PowerBI işləmək bacarığı
  • ✓ Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;