Satınalma (Qeyri qida Məhsulları) üzrə baş mütəxəssis
Bridge Supply Management (Bridge Group of Companies)
Обязанности
- ✓ Qeyri-qida məhsulları üzrə satınalma prosesinin təşkili və idarə edilməsi;
- ✓ Məhsul və təchizatçı bazarının araşdırılması, yeni təchizatçıların müəyyənləşdirilməsi;
- ✓ Təchizatçılardan kommersiya təkliflərinin alınması və qiymət müqayisələrinin aparılması;
- ✓ Qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərinin razılaşdırılması;
- ✓ Satınalma sifarişlərinin hazırlanması və sifarişlərin vaxtında çatdırılmasına nəzarət edilməsi;
- ✓ Məhsul çeşidinin, keyfiyyətinin və tələb olunan spesifikasiyalara uyğunluğunun yoxlanılması;
- ✓ Anbar və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
- ✓ Satınalma büdcəsinə və xərclərin optimallaşdırılmasına nəzarət edilməsi;
- ✓ Təchizatçılarla müqavilələrin və satınalma sənədlərinin hazırlanması və idarə olunması;
- ✓ Bazar qiymətlərinin təhlili, alternativ məhsul və təchizatçıların müəyyən edilməsi;
- ✓ Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Требования
- ✓ Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli ixtisaslar üzrə);
- ✓ Yaş aralığı: 25-40.
- ✓ Bəy namizədlər.
- ✓ Satınalma (Qeyri qida üzrə) 3 il minimum iş təcrübəsi
- ✓ Satınalma üzrə Restoranlarlarla işləmiş Təcrübəsi olan əməkdaş.
- ✓ Rus dili sərbəst, ingilis dili arzuolunandır.
- ✓ MS Excel proqramını yaxşı səviyyədə bilmək.
- ✓ Birbaşa rəhbər və komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- ✓ Rəhbərlə bərabər obyektlərə gediş-gəliş imkanının olması.
- ✓ 1C və ya digər mühasibat proqramlarını bilmək üstünlükdür.
- ✓ Xarici satınalmalar üzrə təcrübə üstünlükdür.
О компании
“BR Supply”, 1998-ci ildən fəaliyyət göstərən” Bridge Group of Companies” şirkətlər qrupunun tərkibinə daxildir. Bridge Group idarəetmə, tikinti, mehmanxana və restoran biznesi, satınalma, anbar təsərrüfatı və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Qrupun törəmə şirkətləri ümumi strategiya çərçivəsində müstəqil fəaliyyət göstərir.