FAQ
← Bütün Vakansiyalar

Risklərin idarə edilməsi və daxili nəzarət şöbəsinin rəhbəri

Talent Core
Yer: Bakı
Məşğulluq: Tam ştat
İş forması: Ofis
Əməkhaqqı: Razılaşma yolu ilə
Son tarix: 15.12.2026 (29 gün qalıb)

Öhdəliklər

  • ✓ Maliyyə itkiləri, dələduzluq, sui-istifadə və əməliyyat səmərəsizliyi risklərinin araşdırılması və qarşısının alınması istiqamətində tədbirlərin müəyyən edilməsi;
  • ✓ Audit yoxlamalarının nəticələrinin qiymətləndirilməsi, aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması və icrasına nəzarət edilməsi;
  • ✓ Risklərin idarə edilməsi, daxili audit və nəzarət sistemlərinin beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun inkişaf etdirilməsi;
  • ✓ Şöbənin fəaliyyətinin təşkili, iş proseslərinin koordinasiyası, əməkdaşlar arasında funksional bölgünün aparılması və komandanın inkişafının təmin edilməsi;
  • ✓ Risklərin idarə edilməsi və daxili audit fəaliyyətinin nəticələrinə dair dövri hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi.

Tələblər

  • ✓ Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Audit və ya müvafiq istiqamətlər üzrə ali təhsil;
  • ✓ Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən ən azı 4 il rəhbər vəzifədə təcrübə;
  • ✓ Daxili audit metodologiyası, risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə praktiki biliklər;
  • ✓ Maliyyə və əməliyyat auditlərinin aparılması, audit hesabatlarının hazırlanması və risk xəritələrinin tərtib edilməsi bacarığı;
  • ✓ CIA, ACCA, CISA və ya digər beynəlxalq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür;
  • ✓ MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə işləmək bacarığı;
  • ✓ Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • ✓ Yüksək liderlik, effektiv ünsiyyət və komanda idarəetmə bacarıqları.

Şirkət haqqında məlumat

Talent Core peşəkar istedad həllərini rəhbər vəzifələr üçün ixtisaslaşmış karyera platforması ilə birləşdirən işə qəbul şirkətidir. Şirkətlərə rəhbər və yüksək ixtisaslı mütəxəssislərin axtarışı, peşəkar kadrların cəlbi və istedadların qiymətləndirilməsi üzrə fərdi həllər təqdim edirik.

Azərbaycan əmək bazarında rəhbər vəzifələr üzrə ixtisaslaşmış ilk karyera platforması olaraq, işəgötürənləri doğru namizədlərlə, peşəkarları isə potensiallarına uyğun karyera imkanları ilə bir araya gətiririk.

Fəaliyyətimizi etibarlılıq, keyfiyyət və çeviklik dəyərləri üzərində qururuq. Müxtəlif sektorların xüsusiyyətlərini və bizneslərin strateji ehtiyaclarını nəzərə alaraq, hər seçimdə uzunmüddətli dəyər yaratmağı hədəfləyirik. Çünki doğru istedad seçimi yalnız bugünkü ehtiyacı qarşılamır - biznesin gələcəyinə istiqamət verir.