FAQ
← All Vacancies

Marketinq departament direktoru

Talent Core
Location: Baku
Employment: Full-time
Work mode: Office
Salary: Negotiable
Deadline: 12.12.2026 (26 days left)

Job description / purpose

Vəzifənin əsas məqsədi marketinq fəaliyyətini şirkətin kommersiya hədəfləri ilə uzlaşdırmaq, müştəri davranışlarını və bazar tendensiyalarını təhlil edərək effektiv marketinq həlləri hazırlamaq və departamentin fəaliyyətini nəticəyönümlü şəkildə idarə etməkdir.

Responsibilities

  • ✓ Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq qısamüddətli və uzunmüddətli marketinq strategiyasını hazırlamaq və icrasına rəhbərlik etmək;
  • ✓ Brendin bazar mövqeyinin gücləndirilməsi, tanınması və müştəri loyallığının artırılması istiqamətində fəaliyyətləri idarə etmək;
  • ✓ Satış hədəflərini dəstəkləyən marketinq kampaniyalarını, reklam və təşviqat fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;
  • ✓ Mağazalar şəbəkəsi üzrə marketinq və kommunikasiya fəaliyyətlərinin vahid standartlara uyğun təşkilini təmin etmək;
  • ✓ Bazarın, rəqiblərin, istehlakçı davranışlarının və satış tendensiyalarının mütəmadi təhlilini aparmaq, nəticələr əsasında strateji təkliflər hazırlamaq;
  • ✓ Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunmasını təmin etmək;
  • ✓ Müştəri təcrübəsinin yaxşılaşdırılması, müştəri loyallığı və CRM proqramlarının inkişafı üzrə təşəbbüslər irəli sürmək;
  • ✓ Yeni mağazaların açılışı, mövsümi kampaniyalar və xüsusi satış layihələri üzrə marketinq fəaliyyətlərini koordinasiya etmək;

Requirements

  • ✓ Marketinq sahəsində ən azı 7 il iş təcrübəsi;
  • ✓ Marketinq departamentinin və ya funksional komandanın idarə edilməsində ən azı 3 il rəhbərlik təcrübəsi;
  • ✓ Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi mütləqdir;
  • ✓ Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
  • ✓ Brend menecmenti, rəqəmsal marketinq, reklam və kommunikasiya strategiyaları üzrə güclü biliklər;
  • ✓ Satış yönümlü marketinq kampaniyalarının idarə edilməsi və nəticələrinin təhlili təcrübəsi;
  • ✓ Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
  • ✓ Müştəri davranışlarının, bazar göstəricilərinin və rəqib fəaliyyətlərinin təhlili bacarığı;
  • ✓ Marketinq və biznes göstəricilərinin təhlili, hesabatların hazırlanması üzrə biliklər;
  • ✓ Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • ✓ Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarığı;
  • ✓ Azərbaycan dilini və İngilis dili sərbəst bilmək, Rus dili biliyi üstünlükdür.

What we offer

  • ✓ Rəqabətqabiliyyətli əmək haqqı;
  • ✓ Könüllü tibbi sığorta;
  • ✓ Xidməti avtomobil;
  • ✓ İllik performans bonusu

About the company

Talent Core is a recruitment company that combines professional talent solutions with a specialized career platform for leadership positions. We provide tailored solutions for executive and senior-level search, professional recruitment, and talent assessment.

As Azerbaijan’s first career platform specializing in leadership positions, we connect employers with the right candidates and professionals with career opportunities that match their potential.

We build our operations on the values of reliability, quality, and agility. By considering the specific characteristics of different industries and the strategic needs of businesses, we aim to create long-term value with every placement. Because the right talent acquisition decision does more than meet today’s needs, it shapes the future of business.