Layihə Rəhbəri (İT İnfrastruktur)
职位描述 / 目标
Bu vəzifə üzrə namizəd İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrinin planlaşdırılması, koordinasiyası və uğurla icrasına rəhbərlik edəcək. Eyni zamanda bir neçə layihəni paralel idarə edə bilən, nəticəyönümlü və güclü təşkilatçılıq bacarıqlarına malik namizəd axtarırıq.
岗位职责
- ✓ İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək;
- ✓ Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
- ✓ Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
- ✓ Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək;
- ✓ Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
- ✓ Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək;
- ✓ Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək;
- ✓ İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
- ✓ Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək;
- ✓ Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək;
- ✓ Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
任职要求
- ✓ İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- ✓ Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi;
- ✓ İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə;
- ✓ Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə;
- ✓ Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik;
- ✓ MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı;
- ✓ Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
- ✓ İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış;
- ✓ ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır;
- ✓ Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları;
- ✓ Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı;
- ✓ Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı;
- ✓ Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
- ✓ Dil Biliyi : • Azərbaycan dili – sərbəst; İngilis dili – əla; Rus dili – əla.
公司简介
1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.
Ünvan : 8 Noyabr pr. 25, Bakı Ağ Şəhər Ofis Binası AZ1025
Əlaqə nömrəsi : + 994 12 541 47 47
E-poçt : [email protected]
Vebsayt : bestcomp.net