FAQ
← Все вакансии

E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis

Supertoys
Место: Баку
Занятость: Полная занятость
Формат работы: Офис
Зарплата: 1000 - 1200 AZN
Крайний срок: 24.12.2026 (Осталось дней: 27)

Описание должности / цель

Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.

Обязанности

  • ✓ Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
  • ✓ Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
  • ✓ Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
  • ✓ SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
  • ✓ Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
  • ✓ Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
  • ✓ Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
  • ✓ Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
  • ✓ Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
  • ✓ Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
  • ✓ Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
  • ✓ Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
  • ✓ Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
  • ✓ Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • ✓ Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək

Требования

  • ✓ E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
  • ✓ Marketplace platformalarının iş prinsiplərini bilməsi;
  • ✓ Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
  • ✓ Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
  • ✓ Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • ✓ Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
  • ✓ Rus və ya ingilis dilini bilmək üstünlükdür.
  • ✓ Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.