Çay Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
岗位职责
- ✓ İstehsalat təcrübəsi ilə nəzarət: Çay kateqoriyasındakı (qara çay, yaşıl çay, aromatlaşdırılmış çaylar, bitki çayları və müxtəlif çay qarışıqları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
- ✓ Reseptura və Xammal daxilolması: Məhsulların çay xammalının növlərini, keyfiyyət göstəricilərini, yarpaq ölçülərini, blend tərkibini və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, dəmlənmə və s.) texnoloji cəhətdən yoxlamaq.
- ✓ Xammal auditi: Çay xammalı növlərini, mənşəyini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
- ✓ Strateji satınalma: Çay kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
- ✓ Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
- ✓ Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
任职要求
- ✓ Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya texnologiyası, Aqrar sahə və ya müvafiq texniki sahə).
- ✓ Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma / Kateqoriya idarəedilməsi sahəsində(Çay, qida və ya FMCG sahəsində birbaşa istehsalatda/çay fabrikində texnoloq, istehsalat və ya keyfiyyət) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
- ✓ Sektor və Bazar Biliyi: Həm çay sənayesinin istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
- ✓ Çay xammalı üzrə bilik: Qara və yaşıl çay xammalının növləri, yarpaq ölçüləri, keyfiyyət göstəriciləri, mənşə ölkələri, blend hazırlanması və məhsulun dad-aroma xüsusiyyətləri haqqında praktiki biliklərə malik olmaq.
- ✓ Keyfiyyət və qida təhlükəsizliyi: BRCGS, FSSC 22000, ISO 22000, GLOBALG.A.P. (Good Agricultural Practices), HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
- ✓ Təchizatçı təcrübəsi: Yerli və xarici çay istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
- ✓ Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
- ✓ Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
我们提供
- ✓ Nahar təminatı
- ✓ Nəqliyyat xidməti
- ✓ Karyera inkişafı
公司简介
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Ünvan : Baki şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) pr.15,AZURE BUSİNESS CENTER,AZ1025
Əlaqə nömrəsi : *2016
E-poçt : [email protected]
Vebsayt : oba.az